İdman

Federasiya prezidenti saxlanıldı

18 İyul 2017 14:16
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya futbolunda daha bir qalmaqallı hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar saxlanılıb.

Səbəb kimi 29 ildi bu vəzifəni icra edən Vilyarın korrupsiya əməlləri göstərilir. Prezidentlə yanaşı, oğlu Qorka və daha bir neçə federasiya rəsmisi saxlanılıb.
 
Prezidentin işinə hakim Santiaqo Pedras baxacaq. O, korrupsiya ilə yanaşı, saxtakarlıq, ədalətsiz idarəçilik və vəzifədən sui-istifadədə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.