İdman

"Barselona" rekord məbləğdə gəlir əldə etdi

18 İyul 2017 14:04
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu 2016-2017 mövsümündə 708 milyon avro gəlir əldə edib. 

Milli.Az Report-a istinadən xəbər verir ki, bu, planlaşdırıldığından 13 milyon avro çox və rekord göstəricidir.

Hesabat dövründə vergilər çıxıldıqdan sonra xalis mənfəət 18 milyon avro olub. Klubun borclarının 24,5 milyon avro azalması bu göstəricinin 247 milyon avroya çatmasına səbəb olub. Cari maliyyə ilində klub ümumi xərclərinin 66 faizini əmək haqlarının ödənilməsinə yönəldib.

Klubun strateji planına əsasən, 2021-ci ilədək "Barselona" illik gəlirini 1 milyard avroya çatdırmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.