İdman

Çempionlar Liqasında cavab oyunları - YENİLƏNİR

18 İyul 2017 08:11
0 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya "Spartak"ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu "Qarabağ" Gürcüstanda "Samtredia"nın qonağı olacaq.

İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq "Kukesi" - "Şerif" duelinin qalibi "Qarabağ"a rəqib olacaq.

Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

18:00. "Astana" (Qazaxıstan) - "Spartak" (Latviya)

İlk oyun - 1:0

20:00. "Vardar" (Makedoniya) - "Malmö" (İsveç)

İlk oyun - 1:1

20:00. "Alaskert" (Ermənistan) - BATE (Belarus)

İlk oyun - 1:1

21:00. "Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 0:5

22:00. TNS (Uels) - "Riyeka" (Xorvatiya)

İlk oyun - 0:2

22:00. "Vikinqur" (Farer adaları) - "Hafnarfyordur" (İslandiya)

İlk oyun - 1:1

22:45. "Buduçnost" (Monteneqro) - "Partizan" (Serbiya)

İlk oyun - 0:2

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.