İdman

"Qarabağ" UEFA-ya müraciət edib

17 İyul 2017 22:39
1 Şərh     Baxış: 1 098

Məlum olduğu kimi, "Qarabağ"ımız sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Samtredia"yla qarşılaşacaq.

Milli.Az bildirir ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. Bunu nəzərə alaraq, "Qarabağ" Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə klubumuz UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 18 İyul 00:2620

    Qarabağdan yerində addım.Ehtiyatlı igidin oyununda murdar bayraq olmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.