İdman

Stolüstü tennisçilərimiz Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar

17 İyul 2017 18:58
0 Şərh     Baxış: 222

Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan milli komandası Portuqaliyanın Guimaraes şəhərində keçirilən gənclərin Avropa çempionatında öz qrupunda İspaniya, Belarus və Macarıstan yığmalarına qalib gələrək qrupun birincisi kimi növbəti mərhələyə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, stolüstü tennisçilərimiz Norveç komandasını 3:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Bu mərhələdə tennisçilərimiz Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Çempionatda komanda yarışları davam edir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.