İdman

Maradona yeni işinin icrasına başladı

17 İyul 2017 17:47
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol əfsanəsi Diyeqo Maradona BƏƏ çempionatının 2-ci divizionunda çıxış edən "Al Faujairah" klubunda işinə başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəsis komanda üzvləri ilə tanış olduqdan sonra ilk məşqini keçib. Avqustda komanda Hollandiyada 20 günlük hazırlıq keçəcək.

Maradona bu işə mayın rəsmən mayın 7-də təyin olunmuşdu. Komandanın istirahətə buraxılmasından sonra argentinalı çalışdırıcı dünən futbolçularla bir araya gəlib. O, məşqçilik karyerası ərzində "Al Wasl" klubu və Argentina millisində də işləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.