İdman

"Qalatasaray"ın prezidenti: ""Ostersun"la oyun bir qəza idi"

17 İyul 2017 17:43
1 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klub rəhbəri baş məşqçi postunda İqor Tüdoru Mirça Luçeskunun əvəzləyəcəyinə dair iddialara aydınlıq gətirib

"Bu, bir qəza idi. İsveçdə istəmədiyimiz nəticə ilə üzləşdik. Bunun bir yol qəzası kimi düşünülməsini istəyirəm. Cümə axşamı həmin qəzanın təmiri üçün ən yaxşısını edəcəyik". 

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek Avropa Liqasının II təsnifat mərhələsinin İsveçdə keçirilən ilk oyununda "Ostersun"a 0:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

III təsnifat mərhələsinə vəsiqə qazanacağı halda Bakı "İnter"inə rəqib olma ehtimalı olan İstanbul təmsilçisinin rəhbəri cavab qarşılaşması öncəsi nikbin danışıb. O, yeni transfer Mariano Ferreyra Filyonun imza mərasimində jurnalistlərin suallarını cavablandırarkən bir sıra məsələlərə də aydınlıq gətirib.
D.Özbek hollandiyalı futbolçu Uesli Sneyderin komandandan ayrılmasının normal qarşılanmalı olduğunu deyib: "Sneyder 4,5 il bizə xidmət etdi. Ona təşəkkür edirik. Oyunçular bəlli bir müddətdə oynayarlar və gedərlər. Hər iki tərəfin öz planı var. Onunla ayrılmaq məsələsini mayda danışmışdıq. Detalları müzakirə etdiyim üçün indiyə qədər uzandı".

Klub rəhbəri baş məşqçi postunda xorvatiyalı İqor Tüdoru "Qalatasaray"ın sabiq çalışdırıcısı, rumıniyalı Mirça Luçesku ilə əvəzləməyə hazırlaşmadıqlarını da diqqətə çatdırıb. O, 2017/2018 mövsümündə idmançılara veriləcək əmək haqqı büdcəsinin 61 milyon avro səviyyəsində qalacağını söyləyib.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi "Fola Eş"ə rəqib olan "İnter" Bakıdakı ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi cümə günü baş tutacaq səfər matçında da lazımı nəticə əldə edərsə, növbəti raundda "Qalatasaray" - "Ostersun" cütünün qalibi ilə qarşılaşacaq. III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.