İdman

Premyer Liqada rekord sahibi olan qapıçı karyerasını bitirdi

17 İyul 2017 18:03
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə millisinin sabiq qapıçısı Pol Robinzon karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper bunu belindəki xroniki ağrılarla əlaqələndirib.

"Təəssüf ki, köhnə zədəm özünü göstərdi və yeni mövsüm hazırlığına mane oldu. Bunu nəzərə alıb karyeramı bitirmək qərarına gəldim. Uzun illər ərzində futbolda qalmaq imkanı əldə etdiyimə görə xoşbəxtəm. Ailəmlə istirahət etdikdən sonra hansı işlə məşğul olacağımı müəyyən edəcəm. 4 xüsusi komandada oynamışam. Bu klubların əməkdaşları və azarkeşlərinə minnətdarlığımı bildirirəm. "Börnli" və xüsusilə Şon Dayçla, Billi Merserə təşəkkür edirəm ki, 37 yaşımda mənə güvəndilər. Bütün keçmiş klublarıma yeni mövsümdə uğurlar arzulayıram" - Robinson deyib.

O, karyerası ərzində "Lidz Yunayted", "Totenham", "Bləkbörn Rovers" və "Börnli"nin şərəfini qoruyub. Robinzon 41 dəfə İngiltərə millisinin də formasını geyinib. Təcrübəli qapıçı Premyer Liqada 5 məhsuldar ötürmə ilə digər həmkarlarını qabaqlayır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.