İdman

"Neftçi"nin sabiq futbolçusu Bundesliqada

17 İyul 2017 19:39
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Stuttgart" ötən mövsüm "Estoril" klubunda çıxış edən Aylton Silva ilə anlaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yenidən Bundesliqaya qayıdan klub 22 yaşlı müdafiəçinin transferini həll edib. Braziliyalı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Transferin digər detalları haqda isə məlumat verilməyib.

Aylton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub. Silva müqavilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.