İdman

Millimizin müdafiəçisi "Zirə"nin potensial rəqibi ilə anlaşdı

17 İyul 2017 20:00
1 Şərh     Baxış: 565

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev özünə yeni komanda tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını bu ölkədə də davam etdirəcək.

Belə ki, "Stal" klubu ilə yollarını ayıran Paşayev "Aleksandriya" ilə anlaşıb. "Neftçi"nin uzun müddət heyətinə cəlb etməyə çalışdığı futbolçu yeni komandası ilə artıq bu gün rəsmi sazişə qol çəkib. Lakin müqavilənin detalları barədə açıqlama verilməyib.
 
"Aleksandriya" klubunun gün ərzində bu keçidi rəsmən açıqlaması gözlənilir. Paşayev Premyer Liqa təmsilçisinə havayı başa gəlib. Çünki oyunçu iyulun 2-də "Stal"la yollarını ayırmış və azad agent statusu almışdı.
 
Qeyd edək ki, "Aleksandriya" Avropa Liqasının III təsnifat mərhələsində "Zirə" - "Astra" cütünün qalibi olə qarşılaşacaq. Bu isə o deməkdi ki, təmsilçimiz mərhələni adlayarsa, Paşayev ölkəmizə rəqib qismində gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 17 İyul 20:2600

    Bu "peşəkar" jurnalistləri hardan tapırsınız?!Redaktə edəndə məzmunun natamamlığını görmürsünüz? Stal haranın klubudur,Aleksandriya haranın klubudur?Xəbəri oxuyandan sonra xətalarınızı sağ olsun google dayı vasitəsilə düzəldirəm

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.