İdman

"Qalatasaray" daha bir braziliyalı müdafiəçi transfer etdi

17 İyul 2017 17:19
0 Şərh     Baxış: 361

"Qalatasaray" müdafiə xəttini gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Cim bom" "Sevilla"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb. Onun illik məvacibi 2.3 milyon avro təşkil edəcək. "Qalatasaray" Çempionlar Liqasında vəsiqə qazansa, 250 min, Marionun 40-cı oyununa görə də 250 min avro bonus kimi "Sevilla"nın büdcəsinə köçürüləcək. "Sarı qırmızılar" Türkiyə Superliqası və Avropa kuboklarında "sambaçı"nın meydana çıxdığı qarşılaşmalarda qazanılan hər xala görə 5 min avro bonus da ödəyəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.