İdman

"Totti həyat yoldaşının..."

17 İyul 2017 21:38
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Françesko Totti mayda "Roma"da çıxışını başa vurduqdan sonra ona MLS və Yaponiyadan təkliflər gəlmişdi. 40 yaşlı forvardın transferində "Tokio Verdi" xüsusi canfəşanlıq göstərsə də, istəyinə nail olmadı. Totti doğma klubunda vəzifə alacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Tokio təmsilçisinin prezidenti Hideyaki Hanyo əfsanəvi futbolçunun qərarında həyat yoldaşının əsas rol oynadığını bildirib.

"Totti həyat yoldaşının razılığını ala bilmədi. Mən İtaliyaya getməyə hazır idim. Amma agentin işindən narazı qaldım. buna baxmayaraq dəyərli təcrübə yaşadıq. Tottinin, həqiqətən, "Tokio Verdi" formasını geyinməsini istərdim. Bu, maraqlı olardı. Lakin artıq hər şey başa çatdı" - Hanyo deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.