İdman

"Mançester Yunayted"də yeni müqavilə

17 İyul 2017 20:54
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in argentinalı qapıçısı Serxio Romero "qırmızı şeytanlar"la müqaviləsini 2021-ci ilə kimi uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Romero "Yunayted"də qaldığına görə xoşbəxt olduğunu deyib.

"Çox xoşbəxtəm. "Mançester Yunayted"ə qədəm qoyandan onun dünyada ən böyük klub olduğuna yəqinlik tapdım. Karyeramı burda davam etdirməyə şadam. Son mövsüm mənim üçün fantastik keçdi. Biz Avropa Liqasının qalibi olduq. Ümid edirəm ki, yeni mövsümdə də müsbət istiqamətdə işlməyə davam edərik. Joze Mourinyo əminliyimi artırıb. Bu, mənim çün çox mühümdür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.