İdman

""Qəbələ" ilə matç çətin keçəcək"

17 İyul 2017 15:35
0 Şərh     Baxış: 416

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi "Jagiellonia" Polşa çempionatının 2017/18 mövsümünə qələbə ilə başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səfərdə "Termalica"nın qonağı olan "Jagiellonia" minimal hesablı qələbə qazanıb. Komandanın baş məşqçisi İreniuş Mamrot oyundan sonra bunları deyib:

"Etiraf edim ki, bizim üçün çox çətin oyun alındı. Azərbaycandan döndükdən bərpaya vaxt olmasa da, cəmi 2 gün sonra meydana çıxdıq və qələbə qazandıq. "Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni oyunçularla mübarizə aparmaq mümkün deyil. Təəssüf ki, zədəli futbolçularımız da var. Onların tezliklə sıraya dönməsi işimizi asanlaşdırar. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq onların bizə qoşulmaları üçün bir qədər gözləməliyik. Bu problemləri nəzərə alsaq, "Qəbələ" ilə matç çətin keçəcək. Çünki "Termalika" ilə oyunun gedişində bəzi oyunçuların yorulduğunu müşahidə etdim".

Bakıda qollu heç-heçə (1:1) edən "Jagiellonia" ilə "Qəbələ" iyulun 20-də Polşada üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.