İdman

Zlatan İbrahimoviç MLS klubuna rədd cavabı verdi

17 İyul 2017 12:52
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zlatan İbrahimoviç "LA Galaxy" klubunun təklifini qəbul etməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli ulduz "Manchester United"ə qayıtmağa ümid edir. Kaliforniya təmsilçisi Zlatana illik 7.7 milyon dollar məvacib təklif etmişdi. İbrahimoviç buna razı olsaydı, MLS-in ən ödənişli futbolçusuna çevriləcəkdi. 35 yaşlı forvard hazırda zədəsini bərpa etməklə məşğuldur.

Ötən mövsüm Premyer Liqada 28 oyuna çıxan hücumçu 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, karyerasında ilk Avrokuboku da məhz "qırmızı şeytanlar"ın heyətində qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.