İdman

"Sumqayıt" Superliqa klubuna qarşı

17 İyul 2017 13:08
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində Türkiyədə hazırlığını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün Boluda ilk yoxlama matçına çıxacaq.

Baş məşqçi Samir Abasov yetirmələrini Superliqa təmsilçisi "Osmanlıspor"la görüşdə sınayacaq. Qızılcahamamda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən "Osmanlıspor" adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.
 
Yoldaşlıq görüşü
17 iyul

19:00. "Osmanlıspor" (Türkiyə) - "Sumqayıt" (Azərbaycan)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.