İdman

"Qarabağ" klubu Nikaraqua millisinin futbolçusu ilə maraqlanır - VİDEO

17 İyul 2017 15:08
1 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam təmsilçisinin Xuan Barrera üçün 400 min dollar ödəməyə hazır olduğu bildirilir

"Qarabağ" klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır.

Milli.Az Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Qvatemalanın "Komunikasyones" komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir.

"Qarabağ"ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" yay fasiləsində Abbas Hüseynov ("İnter"), Anton Kanibolotski (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legiya", Polşa) və Donald Gerryeri ("Alanyaspor", Türkiyə) heyətinə qatıb. Nikaraqu yığması ilə 42 oyuna çıxıb, 10 qol vuran Xuan Barrera daha əvvəl ölkəsində "Real Esteli", "Valter Ferretti", Panamanın "Tauro", Venesuelanın "Deportivo Petare", Avstriyanın "Villa Austria" və "Altax" komandanlarının formasını geyinib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.