İdman

""Axmat"a obyektiv münasibət olsa, Avrokuboklara çıxacağıq"

17 İyul 2017 22:46
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov fəxri prezidenti olduğu "Axmat"ın yeni mövsümdə planlarına toxunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kadırov komandanın Avrokuboklara vəsiqə qazanmaq potensialına malik olduğunu deyib.

"Ötən mövsüm yaxşı nəticə göstərdik. Hava şəraiti ilə bağlı problemlər oldu. Bizim oyunlarımız zamanı tutqun hava, şimşək və ildırımlar da müşahidə olunur. Buna baxmayaraq Qroznı komandası layiqli çıxış etdi. Komandaya qarşı obyektiv münasibət olsa, mütləq Avrokuboklara düşəcəyik. Əminəm ki, Rusiya futbolunun başbilənləri güclü klublara Avropada oynamaq imkanı verəcək. Birinci mərhələdən uduzub evə qayıdan klublardan fayda yoxdur".

"Axmat" Rusiya Premyer Liqasının 2017/18 mövsümünə "Amkar" üzərində minimal hesablı qələbə ilə başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.