İdman

Ronaldo zirvədə, Skarlatake kənarda qaldı

17 İyul 2017 11:24
0 Şərh     Baxış: 592

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 6 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cədvəldə beynəlxalq oyunlarda ən azı 6 top vuranlar yer alıb.

Milli komanda və qitə kuboklarında vurulan qol sayında 29 futbolçu bu normativi ödəyib. Portuqaliya yığmasında 7, "Real"da 10 qol vuran Kriştianu Ronaldo ümumilikdə 17 topla aşkar liderdi.
 
KXDR yığmasında 1, "Aprel 25"də 9 dəfə fərqlənən Kim Yu Sonq 2-ci pillədə qərarlaşıb. 9 qol vuran Mehdi Taremi ilk "üçlüy"ü qapayır. O, İran millisində 3, "Persepolis"də 6 dəfə qol sevinci yaşayıb.
 
İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. İlk yarımillikdə ən çox fərqlənən "İnter"in rumıniyalı legioneri Adrian Skarlatakedir. Müdafiəçimizin hesabında 2 top var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.