İdman

"Qalatasaray" 24 milyonluq futbolçunu alır

17 İyul 2017 09:51
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay Bafetimbi Qomis, Yunes Belhanda və Maykonu transfer edən "Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bundan əvvəl "Sevilya"dan Mariano ilə anlaşan "sarı-qırmızılar" Giannelli İmbulanı da transfer edir.

"NTV Spor"un xəbərinə görə, "Qalatasaray" rəhbərliyi fransalı yarımmüdafiəçinin meneceri ilə İstanbulda görüşərək böyük ölçüdə anlaşma əldə edib. İndi futbolçunun klubu "Stok Siti" ilə danışıqlar gedir. Transferin yaxın günlərdə reallaşması gözlənilir.

2015-ci ildə "Marsel"dan "Portu"ya 20 milyon avroya transfer olunan Giannelli İmbula bir il sonra "Stok Siti"yə 24,25 milyon avroya keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.