İdman

“Inter”in oyununda 29 yaşlı referi

17 İyul 2017 09:41
0 Şərh     Baxış: 356

"İnter"in Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşma gənc hakimə tapşırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Fola" ilə Lüksemburqdakı görüşü idarə edəcək Donatas Rumsasın cəmi 29 yaşı var.
 
1988-ci ildə anadan olan ədalət təmsilçisi FİFA referisi statusunu 2016-cı ildən daşıyır. Təxminən ilyarımlıq beynəlxalq təcrübə zamanı Rumsas əsasən U-17, U-19 və U-21 yığmalarının oyunlarında fit çalıb.
 
Lakin litvalının yolları Azərbaycan milliləri ilə kəsişməyib. Rumsas Lüksemburqda özünün ikinci avrokubok matçına çıxacaq. Onun siftəsi ötən il gerçəkləşib.
 
Avropa Liqasının I təsnifat mərhələsinə təyinat alan referi Xorvatiya "Lokomotiv"inin səfərdə "Santa Koloma"nı udmasına şahid olub - 3:1. O, qonaqların lehinə penalti qərarı ilə də diqqət çəkib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.