İdman

Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı

17 İyul 2017 09:09
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına təyinatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iyulun 20-də meydana çıxacaq Azərbaycan klublarının qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.

Öz meydanında "Astra"nı sınağa çəkəcək "Zirə"nin matçı Gürcüstan təmsilçilərinə tapşırılıb. Lüksemburqda "Fola" ilə görüşəcək "İnter"in oyununda isə litvalılar iş başında olacaq.  "Qəbələ"nin "Yagelloniya" ilə səfər görüşündə isə ədaləti rumıniyalılar qoruyacaq.
 
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul

 
21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya)
Baş hakim: Giorgi Vadaçkoriya
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı. "Dalğa Arena" stadionu
İlk oyun - 1:3
 
21:30. "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan)
Baş hakim: Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş. Emil Mayriş stadionu
İlk oyun - 0:1
 
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Konstantin Sebastyan Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok. Şəhər stadionu
İlk oyun - 1:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.