İdman

"Yuventus" 100 milyon avroluq təklifini rədd etdi

17 İyul 2017 08:52
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

A Seriyasında son illərin dəyişməz çempionu "Yuventus" Qonzalo Hiquaini "Çelsi"yə satmaqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" argentinalı hücumçuya görə 100 milyon avro təklif etsə də, rədd cavabı alıb. "Tuttosport" London klubunun daha qiyməti qaldıracağını ehtimal edir. Belə ki, Diyeqo Koştanın "Çelsi"dən ayrılması gözlənilir. Kontenin Romelu Lukakunu transfer etmək planları baş tutmayandan sonra Alvaro Morta üçün də 90 milyon avro təklif edilmişdi. London təmsilçisi, eyni zamanda "Yuventus"un digər üzvü Aleks Sandronu transfer etməyə çalışır. Hələ ki ingilislərin cəhdləri boşa çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.