İdman

Mourinyo: "Ronaldunun "Real"dan getməsi üçün..."

16 İyul 2017 21:18
0 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunsyted"in baş məşqçisi Joze Mourinyo Kriştianu Ronaldunu kluba qaytarmaq barədə düşünmədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis həmyerlisinin də klubunu dəyişmək fikrində olmadığını deyib.

"Bizim bu barədə planımız yoxdur. Çünki Ronaldu klubu üçün vacib oyunçudur. "Real" böyük iqtisadi imkanlara malikdir. Ronaldunun ordan getməsi üçün səbəb görmürük. Rəhbərliyi klubunu dəyişmək istəməyən futbolçulara pul xərcləməyə məcbur etmək istəmirəm".

İyunda ortaya çıxan söz-söhbətlər əsasən Ronaldunun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istədiyi deyilirdi. İyulun əvvəlində açıqlama verən ulduz futbolçu "Real"dan getmək barədə danışmadığını qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.