İdman

Penev "Valensiya"da

16 İyul 2017 20:17
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstan millisinin sabiq hücumçusu Lyuboslav Penev "Valensiya"nın əvəzedici komandasına baş məşqçi təyin olunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu bardə klubun rəsmi saytı məlumat yayıb. "Valensiya B" hazırda İspaniya çempionatının 3-cü divizionunda mübarizə aparır.

50 yaşlı mütəxəsis 2011-14-cü illərdə Bolqarıstanın bir neçə klubunda işləyib. 2011-ci ildə Penev "Liteks"i Bolqarıstan çempionu edib. O, futbolçu kimi "Valensiya", "Atletiko Madrid" və "Selta"da top qovub. 1987-1998-ci illərdə Bolqarıstan millisində 16 oyun keçirib və 13 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.