İdman

"İnsanların təxəyyülü genişdir"

16 İyul 2017 20:27
0 Şərh     Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın baş məşqçisi Arsen Venqer Avstraliya toplanışı çərçivəsində mətbuat konfransı keçirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Kilian Mbappe ilə danışıqlar apardıqları barədə xəbərləri təkzib edib.

"Bu, doğru deyil. İnsanların təxəyyülü genişdir. Mbappenin qiyməti 100 milyon funtdur. Bundan sonra istədiyini təsəvvür edə bilərsən. Biz ona görə təklif göndərməmişik. Fikrimcə, daha bir mövsüm "Monako" qalacaq. Ola bilsin, ona təkliflər çoxdur".

Venqer Aleks-Oksled Çemberleyn və Olivye Jirunun taleyinə də aydınlıq gətirib.

"Alekslə hələ ki yeni müqavilə imzalanmayıb. Amma onun qalacağına 100% əminəm. Jiru ilə bağlı bir sıra şaiyələr var. Hər dəfə deyirəm, ona böyük hörmət bəsləyirəm. Şaiyələrə baxmayraq Olivye öz işinə köklənib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.