İdman

"Milan" Belottini razı salıb

16 İyul 2017 18:46
0 Şərh     Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya futbolunun gənc ulduzu Andrea Belotti karyerasını "Milan"da davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri" transferlə bağlı onu artıq razı salıb. İndi "Torino"nun cavabı gözlənilir. "Milan" Turin klubuna Belotti üçün 40 milyon avro, Qabriel Paletta və Mbaye Nianqı təklif edir. "Torino" isə 80 milyon avro tələb edir. "Torino"nun yeni mövsüm formasının təqdimat posterlərində Belotti yoxdur. Bu isə onun klubunu dəyişmək ehtimalı olduğuna işarədir. "Rossoneri" bu yay transfer bazarında ən çox fəallıq göstərən klublardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.