İdman

Alveşdən təkzib

16 İyul 2017 19:25
0 Şərh     Baxış: 641

"Yuventus"un sabiq müdafiəçisi Dani Alveş bir sıra idman nəşrlərinin tirajladığı xəbərə sosial şəbəkədən münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının finalında paltardəyişmə otağında konflikt yaranmasını təkzib edib.

"Diqqətinizə çatdırım: biz məğlubiyyətin məyusluğunu birgə bölüşdük və onu səhər saat 6-a kimi müzakirə etdik" - Alveş yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada Mario Mandzukiçin adına yazılan fkirlər diqqət çəkmşdi. Guya "Real"la oyunun fasiləsində Bonuççi və Daniel Alveş Dibala və Massimiliano Alleqri ilə mübahisə edib. KİV-lər daha da irəli gedərək Alveş və Bonuççinin məhz itaətsizlik göstərdiklərinə görə "qoca sinyora"dan göndərildiyi barədə mülahizə irəli sürmüşdü. Sonradan Mandzukiçin belə fikir səsləndirmədiyi və bunun medianın uydurması olduğu üzə çıxdı.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.