İdman

Çindən gələn təklifi rədd etdi

16 İyul 2017 18:03
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un hücumçusu Daniel Staric Çindən gələn təklifi rədd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Beijing Guoan" klubu 27 yaşlı forvardı transfer etmək istəyi baş tutmayıb. Staric Avropada qalmaq niyyətindədir. Ötən mövsüm 20 oyunda meydana çıxan hücumçu 3 qol vurub. Britaniya nəşrləri onun baş məşqçi Yurqen Kloppun oyun fəlsəfəsinə uyğun gəlmədiyi üçün əlverişli təklif qarşılığında satılacağını yazır.

"Beijing Guoan" Çin Superliqasında mübarizə aparır. Komandanı təcrübəli Rocer Şmidt çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.