İdman

"Bu, artıq mənim problemim deyil"

16 İyul 2017 19:53
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in sabiq kapitanı Ueyn Runi Romelu Lukakunun keçmiş klubuna transferinə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bunları deyib:

"Mançester Yunayted"də oynamaq xarakter sınağıdır. Bunun öhdəsindən gəlmək üçün psixoloji cəhətdən güclü olmalıdır. "Yunayted" nəticə tələb edən klubdur. Romelu özünü toplamalıdır. Narahatlıq keçirəcəyi təqdirdə onun işi çətin olacaq. "Mankunianlar"da qalmaq üçün müəyyən standartlar var. Bu, qaydalar Ser Aleks Ferqyussondan gəlir. Mən ora gedəndə Qiqqs, Qari Nevill və Skolz bu standartları saxlamışdılar. Son illərdə yeni futbolçuların gəlişi vəziyyəti qəlizləşdirmişdi. İstənilən halda, bu, artıq mənim problemim deyil. "Everton"a qayıtdığım üçün sevinirəm. Komanda yoldaşlarım haqqında daha çox öyrənmək istəyirəm. Yaxşı kollektivimiz var. Bəzi uşaqlarla millidə oynamışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.