İdman

"Çempionlar Liqasında oynamaq istəyirəm"

16 İyul 2017 17:22
0 Şərh     Baxış: 798

"Arsenal"ın aparıcı futbolçusu Aleksis Sançez klubunu dəyişmək istədiyinə dolayı yolla işarə vurub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, çilili hücumçu Çempionlar Liqasında oynamaq və bu turnirin qalibi olmaq istədiyini bildirib.

"Mən Çempionlar Liqasında oynamaq istəyirəm. Hər şey təkcə məndən asılı deyil, "Arsenal"ın qərarını gözləmək lazımdır. Qərarımı vermişəm, idi rəhbərlikdən cavab gözləyirəm. Uşaqlıqdan bəri Çempionlar Liqasının qalibi olmağı arzulamışam. Hazrıda "Arsenal"da çıxış edirəm və müqaviləmin bitməsinə daha 1 il var".

Aleksis "topçular"ın həftədə 250 min funt məvaciblə yeni müqavilə təklifini rədd edəndən sonra komandanın baş məşqçisi Arsen Venqer onun qalacağını demişdi. Ehtimal olunur ki, 28 yaşlı ulduz növbəti yay "Bavariya"ya gedəcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.