İdman

"Fantastik baş məşqçimiz və komanda yoldaşlarımla birgə..."

16 İyul 2017 14:25
1 Şərh     Baxış: 722

"Monako"nun yarımmüdafiəçisi Temue Bakayokonun "Çelsi" klubuna transferi rəsmiləşib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "zadəganlar"la 5 illik müqaviləyə imza atıb. Bakayokonun transfer qiyməti 40 milyon avrodur. Fransalı havbek daha öncə Mançesterin 2 məşhur klubuna rədd cavabı vemişdi.

"Çelsi" ilə müqavilə imzalamaq mənim üçün adi iş oldu. Bu klubu sevirəm. Fantastik baş məşqçimiz və komanda yoldaşlarımla birgə çalışmağı səbirsizliklə gözləyirəm" - Bakayoko deyib. O, ötən mövsüm "Monako"da 51 oyun keçirib və 3 qol vurub.

Milli.Az

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.