İdman

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb - YENİLƏNİB

16 İyul 2017 22:24
0 Şərh     Baxış: 2 368

22:24

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçrənin "The Local" nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

"Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin "The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb", C.Sevec qeyd edib.
 
Bu gün Reuters agentliyi "The Local"-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. "Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz", məktubda vurğulanıb.
 
Öz növbəsində, FİFA-dan bildiriblər ki,  qurumun ünvanına bu məzmunda məktub daxil olmayıb.

---------

11:22

Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
 
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
 
Xatırladaq ki, 6 ərəb ölkəsi - BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.
 
Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr - 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.