İdman

"Fiziki cəhətdən qüvvətli forvarda ehtiyacımız vardı"

16 İyul 2017 12:35
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Romelu Lukakunun transferi ilə bağlı fikirlərini klubun saytına bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis bunları deyib:

"Lukakunu gətirmək çətin oldu. Romelu artıq 5 mövsümdür Premyer Liqada çıxış edir. Hücumçular bu mühitə asanlıqla uyğunlaşa bilmir. Lukaku karyerasının dügün anında fərqli hədəflərə malik kluba gəlib. Çempionlar Liqasında oynamaq onun klub seçimində əsas rol oynadı. Reşford və Marsialdan fərqli olaraq, fiziki cəhətdən qüvvətli forvarda ehtiyacımız vardı. Yaxşı variantlarımız və futbolçularımız mövcuddur. Buna baxmayaraq rəqibin cərimə meydançası ətrafında effektli çıxış edən hücumçu lazım idi. Danışıqlar vaxtı heç nə etmədim. Bu, cənab Vudvardın (red. "United"in icraçı direktoru) əməyi idi. O, Lukaku, onun agenti və "Everton" rəhbərliyi ilə görüşdü. Mənim yeganə işim danışıqlar yekunlaşandan sonra Romaleuya zəng edib ona heyətdə vacib oyunçu olacağı barədə zəmanət vermək oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.