İdman

"Liverpul"dan Nəbiyə 75 milyon avro

16 İyul 2017 08:43
0 Şərh     Baxış: 701

"Liverpul" son mövsümü "RB Leypzig"də keçirən Nəbi Keytanı transfer etməkdə israrlıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" gənc yarımmüdafiəçiyə görə 75 milyon avro təklif etməyə hazırdır. Bundesliqa klubu Çempionlar Liqasına vəsiqə qazandığından əsas heyət oyunçusunu əldən buraxmaq istəmir. Keytanın özü də "mersisaydlılar"ın formasını geyinmək istəyir. Daha öncə "Leypzig" ona görə qarşı tərəfin 65 milyon avroluq təklifini rədd etmişdi.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.