İdman

Semedonun "Barselona" transferinin maliyyə şərtləri açıqlanıb

16 İyul 2017 06:04
0 Şərh     Baxış: 840

"Benfika" Nelson Semedonun "Barselona" transferinin maliyyə tərəflərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi katalon klubuna 30.5 milyon avroya başa gəlib. Semedonun hər 50 rəsmi oyununa görə "Benfika" əlavə 5 milyon avro qazanacaq. Bu, bənd futbolçunun "Barselona"da çıxış etdiyi müddətə aiddir. Beləliklə, bonusların maksimum həcmi 10 milyon avro təşkil edə bilər.

Semedo Portuqaliya millisinin də üzvüdür. "Barselona" iyulun 13-də onun transferini elan etmişdi.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.