İdman

"Verrattini transfer etmək üçün..."

16 İyul 2017 02:02
0 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın idman direktoru Roberto Fernandes italiyalı yarımmüdafiəçi Marko Verrattinin transfer məsələsinə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi danışıqlarda irəliləyiş olmadığını qeyd edib.

"Verrattinin PSG ilə müqaviləsi var. Deyiləsi başqa söz yoxdur, vəziyyət ortadadır. Bir neçə il müqaviləsi qalan futbolçunu transfer etmək üçün, ilk növbədə, onun klubunu razı salmaq lazımdır. Bizsə PSG ilə razılığa gələ bilməmişik".

PSG rəhbərliyi katalonların Verrattini transfer etməyə çalışmaqla boş yerə vaxt itirdiyini diqqətə çatdırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.