İdman

Neymar: "Premyer Liqada oynamaq barədə..."

16 İyul 2017 01:03
0 Şərh     Baxış: 1 126

"Barselona"nın hücumçusu Neymar İngiltərə barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz Premyer Liqada oynamaqla bağlı sualı belə cavablandırıb:

"Düzü, İngiltərədə yaşamaq fikrim olmayıb. Premyer Liqanın bəzi oyunlarını izləyirəm. Televizordan futbol izləmək xoşuma gəlmir deyə hamısına baxmıram. Həmyerlilərim Koutinyo və Qabriel Jezuşun oyununu bəyənirəm. Onlarla İngiltərədə oynamaq barədə isə düşünməmişəm. Burda bir neçə stadionda meydana çıxmışam. Demək olar ki, hamısı top-klublara qarşı oyun olub. Dostlarımdan İngiltərə və ordakı həyat barədə maraqlanıram. Onlar suallarımı cavablandırır, amma heç vaxt Premyer Liqada oynamağı xahiş etmirlər. Ümumi götürəndə, İngiltərə onların xoşuna gəlir".

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.