İdman

Muquruza Uimbldon turnirində qalib gəldi

15 İyul 2017 20:32
0 Şərh     Baxış: 227

Final qarşılaşmasında amerikalı Vinus Uilyamsa qalib gələn 23 yaşlı ispaniyalı tennisçi Qabrinye Muquruza karyerasında ilk dəfə "Böyük Dəbilqə" seriyasından olan Uimbldon turnirini (mükafat fondu 31,5 milyon dollardır) qələbə ilə başa vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, matçın ilk seti gərgin keçib. Hesab 5:5 olarkən ispan tennisçi daha inamla oynayaraq seti 7:5 başa vurub. İkinci setdə isə o, 37 yaşlı rəqibini, necə deyərlər, darmadağın edib - 6:0.

Xatırladaq ki, Vinus Uilyams "Böyük dəbilqə" seriyasının yeddiqat, o cümədən Uimbldonun beşqat qalibidir.

Uimbldon turnirində kişilərin finalı isə sabah keçiriləcək. "Böyük dəbilqə" seriyasının 17-qat çempionu olan İsveçrə tennisçisi Rocer Federer xorvatiyalı Marin Çiliclə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.