İdman

Türklər "İnter"i dəyərləndirdi: Ən təhlükəli oyunçuları...

15 İyul 2017 14:30
2 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə mətbuatı "Qalatasaray"ın Avropa Liqasının III təsnifat mərhələsindəki mümkün rəqiblərini dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milliyet.com.tr saytının əməkdaşları "İnter"i növbəti mərhələyə daha yaxın görürlər.
 
Belə ki, türklər II təsnifat mərhələsində "Fola" ilə cavab görüşü öncəsi "İnter"in favorit olduğunu düşünürlər: "Fola"nı ilk görüşdə 1:0 hesabı ilə məğlub edən "İnter"in "Qalatasaray"a rəqib olmaq ehtimalı daha yüksəkdi. Bakı təmsilçisi maliyyə cəhətdən problemli dönəmdən keçir. Buna baxmayaraq, ölkə çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə əldə etdilər. I təsnifat mərhələsində isə Serbiya klubu "Mladost" səddini (3:0, 2:0) asanlıqla keçdilər".
 
Yazıda "İnter"in ən təhlükəli oyunçusunun adı çəkilib və kluba AFFA-nın himayədarlıq etdiyi vurğulanıb: "İnter"in heyətində cəmi 2 əcnəbi oyunçu var ki, bunlar braziliyalı mərkəz müdafiəçisi Denis Silva və rumıniyalı Manuel Skarlatakedi. Yarımmüdafiənin mərkəzində çıxış edən kapitan Nizami Hacıyev ən təhlükəli oyunçularıdı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun yeganə sponsorudu və futbolçuların maaşlarını ödəyir. Lüksemburq "Fola"sı isə daha zəif rəqibdi".
 
Qeyd edək ki, "Qalatasaray" II təsnifat mərhələsinin ilk matçında "Ostersun"a səfərdə 0:2 hesabı ilə məğlub olub. Əgər "Qalatasaray" və "İnter" hazırkı rəqiblərini mübarizədən kənarlaşdıra bilsələr, III təsnifat mərhələsində bir-birlərinə rəqib olacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.