İdman

Marselo: "Son nəfəsə qədər Ronaldonun arxasındayıq"

15 İyul 2017 14:18
0 Şərh     Baxış: 985

"Real Madrid"in müdafiəçisi Marselo Ronaldonun İspaniyada kabusa çevrilmiş vergi qalmaqalına görə klubunu dəyişmək istəməsi barədə söz-söhbətlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bütün komanda ilə ulduz futbolçunun arxasında olduqlarını qeyd edib.

"Ronaldo ilə bu barədə danışmamışam. Amma özü bilir ki, komanda yoldaşları son nəfəsə qədər onu tək qoymayacaq. Hazırlıq prosesinə qoşulandan sonra onun nə düşündüyündən xəbərimiz olacaq".

Marselo "Real"ın yeni transferi Teo Ernandeslə rəqabətlə bağlı fikirlərini də bölüşüb.

"Bu kluba gələndən mübarizə aparmalı və meydana çıxmaq üçün hər şey etməli olmuşam. Hətta heyətdə məndən başqa sol cinah müdafiəçisi olmauanda belə. Teo çox gəncdir və "Real"a fayda verəcək. Onu mən də, məşqçilər də bəyənir. Mən hər mövsümə eyni həyəcanla qədəm qoyuram. "Real"da uzun müddətdir forma geyirəm. Gənc həmkarlarımla təcrübəmi bölüşmək istəyirəm. Motivasiyam hər zaman yerindədir və komandam üçün sona qədər vuruşmağa hazıram. Biz ötən mövsümü 2 titulla başa vura bildik. Daha da inkişaf etməliyik. Bütün mümkün titulları qazanmağa çalışacağıq. Uğurun açarı isə yalnız gərgin çalışmaq, üzərimizdə işləməkdir".

"Real" hazırda Los-Ancelesin UCLA bazasında məşq toplanışındadır. Madrid təmsilçisi iyul-avqustda "Beynəlxalq Çempionlar Kuboku" çərçivəsində bir neçə oyun keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.