İdman

Sneyder: "Baş məşqçi Tudor mənimlə işləmək istəmədi"

15 İyul 2017 15:36
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Galatasaray"ın yollarını ayırdığı holland yarımmüdafiəçi Uesli Sneyder bu gün Türkiyəni tərk edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu hava limanında yerli mətbuata açıqlama verib. Sneyder baş məşqçi İqor Tudorun onu komandasında görmək istəmədiyini qeyd edib.

"Gözəl günlər keçirdiyim klubumdan ayrılıram. Mənə bu illər ərzində dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar üçün darıxacam. Təbii ki, indi üzgünəm.

İqor Tudor mənimlə çalışmaq istəmədi, buna da hörmətlə yanaşmaq lazımdır. Bəzən yeni baş məşqçinin planlarına daxil olmursan. Belə olan halda başqa şey fikirləşməlisən. 10 nömrəli forma? Bu da işimizin bir parçasıdır. Məşqçi sizi istəmirsə, forma nömrəsini də alar. Həmin nömrə altında çıxış edəcək Belhanda yaxşı futbolçudur. Ona uğurlar arzu edirəm. Çünki "Galatasaray" buna layiqdir. Hazırda Amsterdama gedirəm. Hələ ki heç bir klubla danışıq aparmamışam. Amma səviyyəmə güvənirəm, yeni sınaqlar çıxacaq".

Sneyder "Galatasaray"dakı ən unudulmaz xatirəsi barədə sualı beə cavablandırıb: "Burda gözəl xatirələrim çoxdur. Hər biri yadda qalandır. Mən azarkeşləri heç zaman unutmayacam. Onları çox sevirəm. İlk gündən bəri yanımda oldular. Bundan sonra "Galatasaray"ın zirvəyə dönəcəyinə ümid edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.