İdman

İbrahimoviçin yeni klubu açıqlandı - Rekord maaş

15 İyul 2017 13:14
0 Şərh     Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır zədə alan və "Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib.

Milli.Az fanat.az istinadən xəbər verir ki, isveçli ulduz karyerasını ABŞ-da davam etdirəcək.

Məlumata görə, İbrahimoviç "Los Anceles Qalaksi"nin təklifini qəbul edib. O, yeni klubunda illik 6,7 milyon avro maaş alacaq. Bununla da Zlatan rekorda imza atacaq. Çünki bu MLS tarixinin ən yüksək maaşıdır.

Qeyd edək ki, İbrahimoviç karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.