İdman

Qurban Qurbanov: "Bizi nə "Şerif", nə də "Kukesi" maraqlandırır"

14 İyul 2017 17:55
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda bizi nə "Şerif, nə də "Kukesi" maraqlandırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü şərh edərkən deyib.

Qeyd edək ki, "Qarabağ" II mərhələdəki rəqibi "Samtredia"nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Komandanın baş məşqçisi püşklə bağlı fikirlərini bildirib: "Hazırda bizi nə "Şerif, nə də "Kukesi" maraqlandırır. İyulun 18-i baş tutacaq "Samtredia" ilə cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.