İdman

Nazarovla müqaviləsinin müddətini vaxtından əvvəl uzatdılar

14 İyul 2017 18:04
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Aue" klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yeni anlaşması 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub. Mövcud sövdələşmə isə 2018-ci ilin yayınadək idi. 
Rəsmi müqaviləyə qol çəkən Nazarov təəssüratlarını bölüşüb: "Çox yaxşı müzakirələr getdi və tezliklə ortaq məxrəcə gəldik. Bu, daha çox "Aue"də qalmaq istəyimlə bağlı idi".
Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm "Ertsebirge Aue"nin heyətində 9 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2016-cı ilin yayından bu komandada çıxış edir. Yığma üzvü hazırda barmağından zədəli olduğu üçün məşqlərdən kənar qalıb. Nazarov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində yeganə qolunu martın 26-da Bakıda Almaniyanın qapısından keçirib - 1:3. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.