İdman

Klublarımız Avropa Liqasında potensial rəqiblərini tanıdı

14 İyul 2017 15:21
3 Şərh     Baxış: 1 121

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub iştirak edib.

Onlar növbəti raundun 29 cütünü təşkil edib. Azərbaycan klublarından "Qəbələ", "İnter" və "Zirə"nin də mümkün rəqibləri bilinib.
 
Belə ki, bu komandaların yer aldığı cütlərin qarşılaşacağı rəqibə aydınlıq gəlib.
 
"Qəbələ" - "Yagelloniya" cütünün qalibi "Panatinaikos"la (Yunanıstan) ilə üz-üzə gələcək. Təmsilçimiz mərhələ keçsə, ilk oyun Afinada baş tutacaq.
 
"Astra" - "Zirə" qarşılaşmasında güclü olan komanda isə "Aleksandriya" (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. "Zirə" bu səddi adlasa, ilk matçı evdə oynayacaq.
 
"İnter" - "Fola" cütündə mərhələ adlayacaq klub isə "Ostersun" (İsveç) -  "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyunuda isveçlilər qalib gəlib - 2:0. Bakılıların yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.
 
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ruslan · 14 İyul 15:5600

    Futbolcular size oyunda ugurlar diliyirem

    Cavab yaz
  • Anonim
    Ruslan · 14 İyul 15:5600

    Ugurlar

    Cavab yaz
  • Anonim
    Murat · 14 İyul 15:5710

    Qebelenin yene bexti getirmedi...Düzdü biz bu komandanı 2 il evvel udaraq qruplara qalmisdiq...Amma ele de asan olmamisti...Pusk bu defe mence eslinde intere guldu...Cunki gs turu kecmese ostersunds tam intere goredi...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.