İdman

"Liverpul" argentinalı futbolçuya görə 25 milyon funt təklif edib

14 İyul 2017 23:21
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" 22 yaşlı Anhel Korreanı heyətinə cəlb etmək niyyətindədir. Argentinalı forvarda görə "Atletiko Madrid"ə 25 milyon funt təklif olunub. Futbolçunun özünə 5 illik müqavilə və 2.4 milyon funt məvacib vəd olunub. Madrid klubu FİFA tərəfindən transfer qadağası ilə üzləşdiyinə görə Korreanın yayda "Liverpul"a gəlməsi gözlənilmir. Planları baş tutmayacağı halda "qırmızılar" yanvarda növbəti dəfə bu transfer məsələsinə qayıda bilər. Ötən mövsüm Korrea İspaniya La Liqasında 31 oyuna çıxıb. O, 4 qol vurmaqla 8 dəfə komanda yoldaşlarına fərqlənmək imkanı yaradıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.