İdman

"Borussia" yapon futbolçunun müqaviləsini yenilədi

14 İyul 2017 16:08
0 Şərh     Baxış: 335

"Borussia Dortmund" Sindzi Kaqavanın müqaviləsini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yapon futbolçu 2020-ci ilə kimi dortmund klubunun formasını geyinəcək. Onun əvvəlki müqaviləsi 2018-ci ilin yayında başa çatırdı.

Kaqava 2010-cu ildə "Borussia"nın heyətinə cəlb olunub. Onun Avrokuboklarda debüt matçı "Qarabağ"la oyuna təsadüf etmişdi. Həmin qarşılaşmada dubla imza atan yarımmüdafiəçi komandasının qələbəsində əsas pay sahibi olmuşdu. Geridə qalan mövsümdə 28 yaşlı havbek 21 Bundesliqa oyununda meydana çıxaraq aktivinə 1 qol, 6 məhsuldar ötürmə yazdırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.