İdman

Falkao 8.2 milyon avro ilə canını qurtardı

14 İyul 2017 23:54
0 Şərh     Baxış: 814

"Monaco" və kolumbiya millisinin hücumçusu Radamel Falkao İspaniya vergi orqanlarına 8.2 milyon avro ödəyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, vergidən yayınmaqda təqsirləndirilən təcrübəli forvard bu qərarı könüllü şəkildə qəbul edib. Falkao "Atletico"nun şərəfini qoruduğu 2012-13-cü illərdə imic haqqlarından əldə etdiyi 5.66 milyon avronu gizlətməkdə ittiham olunurdu.

Son illər İspaniyada ulduz futbolçuların vergidən yayınma faktları tez-tez müşahidə edilir. Lionel Messi, Anhel Di Maria, Kriştianu Ronaldoya açılan işlər buna misal ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.