İdman

"Real Madrid" transfer mövqeyini dəyişdi

14 İyul 2017 14:34
0 Şərh     Baxış: 730

Son La Liga və Çempionlar Liqası çempionu "Real Madrid" Dani Sebalyosu transfer edib.

Milli.Az bildirir ki, Madrid klubu bu transfer üçün "Real Betis"ə 16.5 milyon avro ödəyəcək. 6 illik müqavilə imzalayan 20 yaşlı oyunçu bir çoxları tərəfindən Luka Modriçin davamçısı kimi tanınır. Sebalyos son U-21 Avropa Çempionatında ən yaxşı oyunçu seçilib.

Madrid klubu daha öncə də "Atletiko Madrid"in 19 yaşındakı fransız sol cinah müdafiəçisi Teo Hernandezi öz heyətinə qatıb.

Qeyd edək ki, transfer mövqeyini dəyişən "Real Madrid"  ulduzları yox, gələcəyin ulduzları ola biləcək oyunçuları öz heyətinə qatmağa başlayıb

Kamil Abbas

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.